...

Əfqanıstanda silahlılar televiziya mərkəzinə hücum ediblər: 6 ölü, 18 yaralı

Dünya xəbərləri Materials 18 May 2017 07:35 (UTC +04:00)
Əfqanıstanın Nanqahar əyalətində silahlılar Milli Radio və Televiziya (NRT) binasına hücum ediblər
Əfqanıstanda silahlılar televiziya mərkəzinə hücum ediblər: 6 ölü, 18 yaralı

Bakı. Trend:

Əfqanıstanın Nanqahar əyalətində silahlılar Milli Radio və Televiziya (NRT) binasına hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

"NRT-nin 4 əməkdaşı və 2 hərbçi həlak olublar", - əyalətin polis rəisi Əbdül Rəhman Rəhimi bildirib.

Məlumatda deyilir ki, 4 saat davam edən atışmadan sonra, polislər 2 silahlını öldürüb, birini isə sağ ələ keçiriblər.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti