...

Tayvanda xəstəxanada yanğın: 4 ölü

Dünya xəbərləri Materials 19 May 2017 07:33 (UTC +04:00)
Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb
Tayvanda xəstəxanada yanğın: 4 ölü

Bakı. Trend:

Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CNA agentliyi xəbər verir.

Təcili xidmətlərin məlumatına görə, yanğın mayın 19-u səhər baş verib, dörd nəfər diri-diri öz yataqlarında yanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Xəsarət alanların əksəriyyətində dəm qazından zəhərlənmənin əlamətləri müşahidə olunur.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti