...

Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

Dünya xəbərləri Materials 19 May 2017 14:43 (UTC +04:00)
Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb.
Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

Bakı. Trend:

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb. Trend-in məlumatına görə, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Ria-da-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Ria-da-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib.

Xəbər lenti

Xəbər lenti