...

Yunan azarkeşlər Taksimdə dava saldılar: yaralılar var (VİDEO)

Dünya xəbərləri Materials 19 May 2017 16:42 (UTC +04:00)
Basketbol üzrə dördlər turniri (Final Four) üçün İstanbula gələn bir qrup azarkeş Taksim meydanında asayişi pozublar.
Yunan azarkeşlər Taksimdə dava saldılar: yaralılar var (VİDEO)

Bakı. Trend:

Basketbol üzrə dördlər turniri (Final Four) üçün İstanbula gələn bir qrup azarkeş Taksim meydanında asayişi pozublar.

Trend-in məlumatına görə, Yunanıstanın "Olimpiakos" klubunun tərəfdarları meydanda havaya fişəng ataraq şüarlar səsləndiriblər. Ətrafdakı insanların müdaxiləsi nəticəsində dava düşüb.

Hadisə nəticəsində 6 yunan azarkeşin xəsarət aldığı bildirilir. Yaralılardan biri ayağından bıçaqlanıb.

Polis 4 nəfəri saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti