...

Venesuelada sürücü avtomobili insanların üzəribə sürüb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 21 May 2017 05:10 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda naməlum şəxs avtomobili bir qrup nümayişçilərin üzərinə sürüb
Venesuelada sürücü avtomobili insanların üzəribə sürüb, xəsarət alanlar var

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda naməlum şəxs avtomobili etiraz aksiyasında iştirak edən insanların üzərinə sürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şahidlər deyib ki, azı 5 nəfər xəsarət alıb, 1 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, şənbə günü Venesuelada 160 min insanın iştirakı ilə ən böyük etiraz aksiyası keçirilib.

Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir. Hesablamalara görə, etiraz aksiyaları zamanı azı 45 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti