...

Venesuelada etiraz aksiyaları zamanı 46 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 21 May 2017 07:07 (UTC +04:00)
Venesuelada etiraz aksiyaları zamanı 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Venesuelada etiraz aksiyaları zamanı 46 nəfər xəsarət alıb

Bakı. Trend:

Venesuelada etiraz aksiyaları zamanı 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə,bu barədə paytaxt Karakasın Çakao rayonunun rəhbəri deyib.

"46 nəfər xəsarət alıb. Onlardan 30-u zədə alıb, 2-si yanıq xəsarəti alıb, 11-i qazdan zəhərlənib, 1-i qırma yarası alıb, 2-si isə hipertoniya", - Ramon Muçaço öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, şənbə günü Venesuelada 160 min insanın iştirakı ilə ən böyük etiraz aksiyası keçirilib.

Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir. Hesablamalara görə, etiraz aksiyaları zamanı azı 45 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti