...

Ruhani: ABŞ-ərəb sammiti tamaşadır

Dünya xəbərləri Materials 22 May 2017 18:10 (UTC +04:00)
İran prezidenti Həsən Ruhani ötən gün Ər-Riyadda baş tutmuş ABŞ-ərəb sammitini tamaşa adlandırıb
Ruhani: ABŞ-ərəb sammiti tamaşadır

Bakı. Trend:

İran prezidenti Həsən Ruhani ötən gün Ər-Riyadda baş tutmuş ABŞ-ərəb sammitini tamaşa adlandırıb.

Trend-in məlumatına görə, təkrar İran prezident seçilən H.Ruhani bu sammitin terrorizm problemini həll etməyəcəyini deyib. Onun sözlərinə görə, bu cür görüşlər Səudiyyə Ərəbistanında daha əvvəl də keçirilib.

Sammit çərçivəsində imzalanan silah sazişi barədə danışan İran prezidenti bunun da terrorizmə qarşı mübarizədə xeyir verməyəcəyini qeyd edib.

H.Ruhani vurğulayıb ki, terrora qarşı real mübarizəni İran, Suriya və Livan xalqları aparır.

Xəbər lenti

Xəbər lenti