...

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 23 May 2017 01:03 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə baş katibin müavini Stefan Cüjarrik deyib.

"Baş katib İran hökümətini və xalqını prezident seçkilərinin uğurlu keçirilməsi, Həsən Ruhanini isə yenidən prezident seçilməsi münasibətilə təbrik edib. O, İran prezidenti və höküməti ilə qarşılıqlı surətdə maraqlı məsələlər üzrə əməkdaşlığın davam etdirilməsini gözləyir", - müavin deyib.

Qeyd edək ki, mayın 20-də İranda prezident seçkiləri keçirilib. 57 faiz səs toplamaqla Həsən Ruhani yenidən İranın prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti