...

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub: 19 ölü, 50 yaralı (FOTO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 23 May 2017 04:23 (UTC +04:00)
İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib
İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub: 19 ölü, 50 yaralı (FOTO) (YENİLƏNİB-2)

İlk xəbər saat 03:00-da yayılıb

Bakı. Trend:

İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsind 19 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

XXX

03:49

İngiltərənin "Mançester Arena" stadionunda iki güclü partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, azı 20 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.

XXX

03:00

İngiltərənin "Mançester Arena" stadionunda iki güclü partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölənlər və yaralananlar var.

"Ölənlər və yaralananlar var", - Britaniya polisinin "Twitter" hesabında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti