...

Mançesterdəki partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb

Dünya xəbərləri Materials 23 May 2017 10:14 (UTC +04:00)
Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi.
Mançesterdəki partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb

Bakı. Trend:

İngiltərənin Mançester şəhərindəki stadionda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Mançester polisi bəyan edib.

Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi.

Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti