...

Londonda terror həyəcanı: polis hərəkətə keçdi

Dünya xəbərləri Materials 23 May 2017 11:58 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda terror həyəcanı yaşanıb.
Londonda terror həyəcanı: polis hərəkətə keçdi

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda terror həyəcanı yaşanıb.

Trend-in məlumatına görə, Mançester şəhərindəki terror aktından sonra Londonda "Viktoriya" avtobus terminalının yaxınlığında aşkar edilən şübhəli bir bağlama polisi hərəkətə keçirib.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar terminal və Bukingem Sarayına gedən yollar bağlanıb.

London meri Sadiq Xan küçələrdə daha çox polisin olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti