Bakı. Trend:
Fransanın Renn şəhəri yaxınlığında internat məktəbdə baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, yanğının qarşısının alınması üçün 100-ə yaxın yanğınsöndürən cəlb olunub.
Binadan 53 nəfər təxliyə olunub. Yaralılardan 3 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yanğının baş vermə səbəbi məlum deyil.