...

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

Dünya xəbərləri Materials 25 May 2017 18:34 (UTC +04:00)
Hindistanda toxuculuq sevənlər klubunun bir neçə üzvü 14 kilometr uzunluğunda şərf toxuyub
Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

Bakı. Trend:

Hindistanda toxuculuq sevənlər klubunun bir neçə üzvü 14,09 kilometr uzunluğunda şərf toxuyub. Trend-in məlumatına görə, onlar bu nəticə ilə Ginnesin rekordlar kitabına düşüblər.

Şərfin toxunması fevral ayından başlayıb və bu prosesdə 700-dən çox qadın iştirak edib.

Hindistanlı qadınlarla yanaşı, toxuculuq prosesində Dubay, Honkonq, Sinqapur və Polşadan olan qadınlar da iştirak ediblər.

Qeyd edək ki. 2016-cı ildə həmin klubun üzvləri 1022 kvadratmetrlik yorğan toxumuşdular.

Xəbər lenti

Xəbər lenti