...

İranın balıqçı gəmisi Somali piratlarının əlinə keçib

Dünya xəbərləri Materials 23 May 2017 20:10 (UTC +04:00)
Somalinin dəniz quldurları İrana məxsus balıqçı gəmisini ələ keçiriblər.
İranın balıqçı gəmisi Somali piratlarının əlinə keçib

Bakı. Trend:

Somalinin dəniz quldurları İrana məxsus balıqçı gəmisini ələ keçiriblər.

Trend-in məlumatına görə, piratlar həmin gəmidən daha böyük gəmilərə hücum etmək üçün baza kimi istifadə edəcəklər. Gəmidə olan ekipaj sayı və onların aqibəti barədə məlumat yoxdur.

Qeyd edək ki, Somalinin yalnız bir hissəsi (paytaxt Moqadişu və ətrafı) beynəlxalq səviyyədə tanınan federal hökumət tərəfindən idarə edilir. Digər ərazilər isə müxtəlif qruplaşmaların nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti