...

Zəvvarlarla dolu avtobus çaya düşdü - 22 ölü

Dünya xəbərləri Materials 23 May 2017 23:20 (UTC +04:00)
Hindistanın Uttarakxand ştatında zəvvarlarla dolu avtobusun çaya düşməsi nəticəsində azı 22 nəfər həlak olub
Zəvvarlarla dolu avtobus çaya düşdü - 22 ölü

Bakı. Trend:

Hindistanın Uttarakxand ştatında zəvvarlarla dolu avtobusun çaya düşməsi nəticəsində azı 22 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə zamanı avtobusda Qanqın əsas qolu olan Bxagiratxi çayının axdığı Madxya-Pradeş ştatında yerləşən Qanqotri məntəqəsindən qayıdan zəvvarlar olub.

Son məlumata görə, hazırda çaydan 22 nəfərin cəsədi çıxarılıb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti