...

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

Dünya xəbərləri Materials 24 May 2017 06:01 (UTC +04:00)
Qətər hakimiyyəti QNA Qətər xəbərlər agentliyinin saytının naməlum təşkilat tərəfindən sındırıldığı haqda məlumat verib
Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

Bakı. Trend:

Qətər hakimiyyəti QNA Qətər xəbərlər agentliyinin saytının naməlum təşkilat tərəfindən sındırıldığı haqda məlumat verib.

Trend-in RİA Novost-yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir.

Hadisə ilə bağlı hökumətin mətbuat xidməti bəyanat yayıb: "Qətər xəbərlər agentliyinin saytı naməlum təşkilat tərəfindən dağıdılıb", - agentliyinin çıxarır.

Qeyd edək ki, saytı ələ keçirən xakerlər orada Qətər əmirinin nitqini dəyişdiriblər.

Bildirilir ki, insidentin araşdırılmasına başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti