...

Çində kömür şaxtasını su basıb: 6 ölü

Dünya xəbərləri Materials 24 May 2017 06:57 (UTC +04:00)
Çində kömür şaxtasını su basması nəticəsində 6 şaxtaçı ölüb, daha 5 nəfəri xilas etmək mümkün olub
Çində kömür şaxtasını su basıb: 6 ölü

Bakı. Trend:

Çində kömür şaxtasını su basması nəticəsində 6 şaxtaçı ölüb, daha 5 nəfəri xilas etmək mümkün olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.

Məlumata görə, hadisə mayın 23-ü gecə Şansi əyalətində kömür mədənində baş verib. İnsident nəticəsində 11 şaxtaçı yerin altında bağlı vəziyyətdə qalıb.

Xilasetmə əməliyyatının 2 günə yaxın sürsüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti