...

Roma Papası Trampa nə hədiyyə etdi?

Dünya xəbərləri Materials 24 May 2017 14:41 (UTC +04:00)
Vatikana səfəri çərçivəsində D.Tramp Roma Papası ilə bağlı qapılar arxasında görüşüb.
Roma Papası Trampa nə hədiyyə etdi?

Bakı. Trend:

Roma Papası I Fransisk Vatikana səfər etmiş ABŞ Prezidenti Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib.

Trend-in məlumatına görə, Roma Papası hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib.

Öz növbəsində D.Tramp I Fransiskə Martin Lüter Kinqə həsr olunmuş kitabın xüsusi nəşrini hədiyyə edib.

Qeyd edək ki, Vatikana səfəri çərçivəsində D.Tramp Roma Papası ilə bağlı qapılar arxasında görüşüb. 30 dəqiqə davam etmiş görüşün təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti