...

NATO sammitinin təhlükəsizliyini qartallar təmin edəcək

Dünya xəbərləri Materials 24 May 2017 17:52 (UTC +04:00)
NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.
NATO sammitinin təhlükəsizliyini qartallar təmin edəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.

Trend-in məlumatına görə, Brüssel polisi qartalları kiçik pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə təhlükəsizlik tədbirlərinə cəlb edəcək.

Sözügedən qartalların qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün qonşu Niderlandda xüsusi təlim keçdiyi bildirilir.

Bundan başqa, 29 ölkənin dövlət və hökumət başçılarının Zirvə toplantısının təhlükəsizliyini təmin etmək məqsədilə Brüsselə Lüksemburq polisi də dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti