...

Ərdoğanı Brüsseldə futbolçu qarşıladı - FOTO

Dünya xəbərləri Materials 25 May 2017 10:00 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gəlib.
Ərdoğanı Brüsseldə futbolçu qarşıladı - FOTO

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gəlib.

Trend-in məlumatına görə, dövlət başçısını Brüssel hava limanında qarşılayanlar arasında Belçika Dövlət Protokol Xidmətinin müdir müavini Alen van Qukt, Türkiyənin NATO yanındakı daimi nümayəndəsi Fatih Ceylan, Avropa İttifaqı yanındakı daimi nümayəndəsi Faruk Kaymakçı və "Trabzonspor" futbol klubunun sabiq oyunçusu İbrahim Yattara da olub.

R.T.Ərdoğan İ.Yattara ilə söhbət edib və xatirə şəkli çəkdirib.

Fotonu Türkiyə dövlət başçısının rəsmi fotoqrafı Yasin Bülbül "İnstaqram" hesabından paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti