...

Mançesterdəki terakt İngiltərə-ABŞ münasibətlərini soyutdu

Dünya xəbərləri Materials 25 May 2017 11:29 (UTC +04:00)
Mançester şəhərində 22 nəfərin ölümü, 59 nəfərin yaralanması ilə nəticələnən terror aktı İngiltərə-ABŞ münasibətlərinə mənfi təsir edib.
Mançesterdəki terakt İngiltərə-ABŞ münasibətlərini soyutdu

Bakı. Trend:

Mançester şəhərində 22 nəfərin ölümü, 59 nəfərin yaralanması ilə nəticələnən terror aktı İngiltərə-ABŞ münasibətlərinə mənfi təsir edib.

Trend-in məlumatına görə, İngiltərə hökuməti Mançester polisinin səylərinə baxmayaraq, ABŞ kəşfiyyatının terror hücumu ilə bağlı məlumatları Birləşmiş Ştatlar mətbuatına sızdırması ilə əlaqədar ABŞ hökumətinə sərt reaksiya verib.

BBC İngiltərənin bundan sonra Mançesterdəki teraktla bağlı ABŞ kəşfiyyatı ilə heç bir məlumat paylaşmayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti