...

Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq

Dünya xəbərləri Materials 25 May 2017 13:58 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq.
Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq. Trend-in məlumatına görə, bu qərar bir neçə gün əvvəl Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.

London şəhər polisinin məlumatına görə, ölkə ərazisində təhlükə səviyyəsinin artması ilə əlaqədar polis tərəfindən mühafizə edilən obyektlərin, o cümlədən səfriliklərin təhlükəsizliyinin təmin edilməsinə hərbçilər cəlb olunacaq.

Hərbçilərin həmin obyektləri mühafizə etmələri müddəti 7 gündən sonra bir qədər də artırıla bilər.

Xəbər lenti

Xəbər lenti