...

Moskvada terror aktlarının qarşısı alınıb

Dünya xəbərləri Materials 25 May 2017 15:06 (UTC +04:00)
Moskvada nəqliyyat obyektlərində terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb
Moskvada terror aktlarının qarşısı alınıb

Bakı. Trend:

Moskvada nəqliyyat obyektlərində terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanlar İŞİD terror qruplaşmasına mənsub olub.

Onların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu barədə məlumat verilib.

Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib.

Bu şəxslərin terror aktları törətdikdən Suriyaya getməyi planlaşdırdıqları məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti