...

Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

Dünya xəbərləri Materials 25 May 2017 21:20 (UTC +04:00)
Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb
Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

Bakı. Trend:

Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində baş nazir daxil olmaqla 4 nəfər yaralanıb, sabiq baş nazirin həyatı üçün heç bir təhlükə yoxdur.

"Papadimos xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur. Minalanmış paket partlayıb. Partlayış avtomobildə olub, baş naziri müşayiət edən 3 nəfər də yaralanıb", - mənbə bildirib.

Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti