Bakı. Trend:
NATO-ya üzv ölkələrin liderləri cümə axşamı sammitdə İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyaya qoşulmaq barədə qərar qəbul ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq deyib ki: "Biz İŞİD ilə mübarizə aparan qlobal koalisiyaya dəstəyimizi genişləndirməyi qərara aldıq. Bizim uzaq radiolokasiya aşkarlama sistemimiz koalisiya üçün hava hərəkətinin idarəsini yaxşılaşdıracaq".