...

Mançesterdə terror aktı ilə bağlı 10-cu şübhəli şəxs saxlanılıb

Dünya xəbərləri Materials 26 May 2017 08:20 (UTC +04:00)
Britaniyanın Mançester şəhərində polislər terror aktı ilə bağlı 10-cu şübhəli şəxsi saxlayıblar
Mançesterdə terror aktı ilə bağlı 10-cu şübhəli şəxs saxlanılıb

Bakı. Trend:

Britaniyanın Mançester şəhərində polislər terror aktı ilə bağlı 10-cu şübhəli şəxsi saxlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hüquq mühafizə orqanlarının bəyanatında bildirilir.

Bəyanatda deyilir ki: "Araşdırma çərçivəsində 10 nəfər saxlanılıb, lakin bir kişi və qadın azadlığa buraxılıblar. Beləliklə, 8 nəfər nəzarət altında saxlanılır".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti