...

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

Dünya xəbərləri Materials 26 May 2017 23:34 (UTC +04:00)
Ermənistan parlamentinin spikeri Ara Babloyan öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib
Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Ara Babloyan öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Babloyan bunu qənaət və xərclərin azaldılması zərurəti ilə izah edib.

Qeyd olunur ki, parlament komissiyalarının birləşdirilməsi və sayının 12-dən 9-a azaldılması və iş yükünün artması nəzərə alaraq, komissiyalarda ekspertlərinin sayının artırılması təklif edilib.

Spiker büdcənin imkanları ilə kifayətlənməyə və kimin daha çox ixtisar etməli olduğu haqda mübahisə etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti