...

Zbiqnev Bjezinski 89 yaşında vəfat edib

Dünya xəbərləri Materials 27 May 2017 07:53 (UTC +04:00)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib
Zbiqnev Bjezinski 89 yaşında vəfat edib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda mərhumun qızı Mika bildirib.

"Bu gecə atam sakitcə dünyasını dəyişib", - Bjezinskinin qızı öz Instagram səhifəsində yazıb, və həmçinin Twitterdə onun ölümü barədə xəbər verib.

New York Times nəşrinin məlumatına görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarından birində vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti