...

Ramazan ayının ilk günündə partlayış: 18 ölü

Dünya xəbərləri Materials 27 May 2017 12:22 (UTC +04:00)
Əfqanıstanın şərqində Host əyalətində baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub.
Ramazan ayının ilk günündə partlayış: 18 ölü

Bakı. Trend:

Əfqanıstanın şərqində Host əyalətində baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi ilə baş verib.

Ramazan ayının ilk günündə törədilmiş partlayış nəticəsində ikisi uşaq olmaqla daha 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti