...

Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

Dünya xəbərləri Materials 28 May 2017 14:00 (UTC +04:00)
Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib
Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

Bakı. Trend:

Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlmata görə, təcili enişə səbəb iki sərnişin arasında yaranan mübahisə olub.

"Bu gün saat 05:30-da Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə təcili eniş edib. Təyyarədən mübahisə edən 2 sərnişin çıxarılıb. Sonradan məlum oldu ki, sərnişinlərdən biri sərxoş olub", - məlumatda deyilir.

Xəbərdə deyilir ki, hHazırda 2 sərnişin polis şöbəsindədir, baş vermiş faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti