...

İran ilk əməliyyat peykini gələn il buraxacaq

Dünya xəbərləri Materials 29 May 2017 13:33 (UTC +04:00)
İranın "Soha" adlı ilk əməliyyat peyki gələn il kosmosa buraxılacaq.
İran ilk əməliyyat peykini gələn il buraxacaq

Bakı. Trend:

İranın "Soha" adlı ilk əməliyyat peyki gələn il kosmosa buraxılacaq.

Trend "İrna" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin kosmik tədqiqatlar mərkəzinin rəhbəri Həsən Haddadpur deyib.

Onun sözlərinə görə, peykin buraxılmasında məqsəd İranda kosmik tədqiqatları inkişaf etdirməkdir. Kosmik aparat Yerdən 36 min kilometr yüksəklikdə olacaq.

İran bu ilin sonuna qədər fəzaya iki telekommunikasiya peykini göndərməyi də planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti