...

Yunanıstanda qırıcı dənizə düşüb

Dünya xəbərləri Materials 29 May 2017 16:02 (UTC +04:00)
Təyyarə dənizə düşüb.
Yunanıstanda qırıcı dənizə düşüb

Bakı. Trend:

Yunanıstan Hərbi hava qüvvələrinə aid "Mirage 2000" qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Trend "Ria Novosti"yə istinadən xəbər verir ki, qəza Skopelos adası yaxınlığında baş verib. İlkin məlumata görə, təlim zamanı qırıcının mühərrikində və ya idarəetmə sistemində nasazlıq yaranıb.

Təyyarə dənizə düşüb, pilot katapult edə bilib. Artıq pilotun xilasedicilərlə əlaqə saxladığı və qaydasında olduğu xəbər verilib. Hadisə yerinə helikopterlər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti