...

Moskvada qasırğa nəticəsində 11 nəfər ölüb (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 29 May 2017 21:11 (UTC +04:00)
Moskvada qasırğa nəticəsində 11 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb
Moskvada qasırğa nəticəsində 11 nəfər ölüb (YENİLƏNİB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:08-də yayılıb)

Bakı. Trend:

Moskvada qasırğa nəticəsində 11 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, həlak olanlar arasında azyaşlı uşaqlar var.

Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları və ağacların aşması şəxsi avtomobillərin zədələnməsinə səbəb olub.

X X X

19:08

Moskvada mayın 29-da qasırğa nəticəsində ölənlər var.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi bildirir.

Agentlik ölənlərin dəqiq sayını acıqlamasa da, 40 nəfər yaralandığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti