...

Moskvada qasırğa qurbanlarının sayı 16 nəfərə çatdı

Dünya xəbərləri Materials 30 May 2017 10:49 (UTC +04:00)
Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Moskvada qasırğa qurbanlarının sayı 16 nəfərə çatdı

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:49-da yayılıb)

Bakı. Trend:

Moskvada ötən gün baş vermiş güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

X X X

10:49

Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Trend-in məlumatına görə, Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.

Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti