...

Hər il dünyada nə qədər insan siqaretdən ölür? - Statistika

Dünya xəbərləri Materials 30 May 2017 19:30 (UTC +04:00)
Siqaret çəkmək hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.
Hər il dünyada nə qədər insan siqaretdən ölür? - Statistika

Bakı. Trend:

Siqaret çəkmək hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.

Qeyd olunur ki, bununla bağlı səhiyyə xərcləri və səmərəli əməyin azalması isə ailələrə və hakimiyyətlərə ən azı 1,4 milyon dollara başa gəlir.

ÜST-nin baş direktoru Marqaret Çen deyib: "Tütün hamımız üçün təhlükədir: yoxsulluğu artırır, iqtisadi səmərəliliyi azaldır, ailənin qida rasionunu zəiflədir, binaların daxili havasını çirkləndirir".

Azərbaycanda aparılan təxmini hesablamalara gəldikdə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti