...

Tillerson Avstraliyaya və Yeni Zelandiyaya səfər edəcək

Dünya xəbərləri Materials 31 May 2017 05:32 (UTC +04:00)
ABŞ dövlət katibi Reks Tillerson 5-6 iyun tarixlərində Avstraliyaya və Yeni Zelandiyaya səfər edəcək
Tillerson Avstraliyaya və Yeni Zelandiyaya səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Reks Tillerson 5-6 iyun tarixlərində Avstraliyaya və Yeni Zelandiyaya səfər edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"Dövlət Katibi Reks Tillerson müdafiənaziri Ceyms Mettis ilə birgə Avstraliyanın XİN rəhbəri Culi Bişop və müdafiə naziri Meri Peyn tərəfindən təşkil edilmiş Avstraliya-ABŞ 2017 nazirlər məsləhətləşmələrində iştirak etmək üçün 5-6 iyun Avstraliyaya səfər edəcək", - bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Avstraliyaya səfərdən sonra Tillerson Yeni Zelandiyaya səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti