...

Kabildə partlayışı kimin törətdiyi məlum oldu

Dünya xəbərləri Materials 31 May 2017 15:45 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə baş vermiş güclü partlayışla əlaqədar məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb
Kabildə partlayışı kimin törətdiyi məlum oldu

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş güclü partlayışla əlaqədar məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Kabilin diplomatik missiyalar yerləşən bölgəsində güclü partlayış törədilmişdi. Hadisə nəticəsində azı 90 nəfər həlak olub, 380 nəfər yaralanlb.

Partlayış nəticəsində Almaniya, Fransa, Misir, Çexiya, Türkiyə və digər səfirlklərin binasına ziyan dəyib.

Yaralananlar arasında səfirliklərin də əməkdaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti