...

Tramp ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsini təxirə saldı

Dünya xəbərləri Materials 1 İyun 2017 04:27 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir
Tramp ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsini təxirə saldı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda ABŞ-ın NBC telekanalı xəbər verir.

Məlumata görə, Ağ evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qanun hələ 1995-ci ildə ABŞ Konqresi üzvləri tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti