...

Nazirlərin olduğu dəfn mərasimində partlayış: 20 ölü, 87 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 3 İyun 2017 18:34 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 87 nəfər isə yaralanıb
Nazirlərin olduğu dəfn mərasimində partlayış: 20 ölü, 87 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:49-da yayılıb)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 87 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, partlayış zamanı dəfndə baş nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak edirdilər. Onların heç biri xəsarət almayıb.

X X X

16:49

Bu gün Əfqanıstanın paytaxtı Kabildə qəbiristanlıqda baş verən bir neçə partlayışda 18 nəfər ölüb.

Trend-in məlumatına görə, partlayışlar Kabildə etirazlarda həlak olanlardan birinin dəfni zamanı törədilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kabildə prezident sarayında baş verən partlayışda 100 nəfər ölmüş, 600 nəfər yaralanmışdı. Bundan sonra isə paytaxtda ölkə prezidenti Əşrəf Qaninin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti