...

ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərib

Dünya xəbərləri Materials 4 İyun 2017 02:13 (UTC +04:00)
ABŞ Rusiya sərhədində reallaşan NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrini göndərib
ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərib

Bakı. Trend:

ABŞ Rusiya sərhədində reallaşan NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrini göndərib.

Trend Sputnik-ə istinadən xəbər verir ki, ABŞ Hava Qüvvələrinin Rusiya sərhəd bölgəsində həyata keçirilən NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən bir neçə B-52 strateji bombardmançı təyyarəsini Avropaya köçürdüyünü açıqlanıb.

Xəbərdə bombardman təyyarələrinin və 800 hərbi qulluqçunun Avropada iyunda NATO müttəfiqlərinin iştirakı ilə keçiriləcək təlimə dəstək vermək üçün Böyük Britaniyadakı bir hərbi hava bazasına yerləşdiriləcəkləri deyilib.

Təlimlərin Baltik dənizində, Arktikaya yaxın bölgədə və Rusiya sərhəd bölgələrində ABŞ-a müttəfiq bir neçə NATO ölkəsinin iştirakı ilə keçiriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti