...

"Təhlükəli" ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa zəruridir

Dünya xəbərləri Materials 6 İyun 2017 09:10 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp "təhlükəli" ölkələrin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağanın zəruriliyini bir daha vurğulayıb
"Təhlükəli" ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa zəruridir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp "təhlükəli" ölkələrin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağanın zəruriliyini bir daha vurğulayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ lideri öz Twitterində yazıb.

Tramp yazıb: "Bizə konkret təhlükəli ölkələr üçün qadağa lazımdır, bizə öz vətəndaşlarımızı qorumağa kömək etməyəcək hansısa siyasi cəhətdən nəzakətli termin yox".

Qeyd edək ki, Donald Tramp bu ilin martında Yaxın Şərq və Şimali Afrikanın 6 ölkəsi üçün ABŞ-a girişin qadağasına dair qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti