...

İti milyarderin ölümünə səbəb oldu - Traktoru üzərinə sürdü

Dünya xəbərləri Materials 6 İyun 2017 20:22 (UTC +04:00)
Böyük Britaniyada multimilyonçu fermer Derek Midin iti sahibinin ölümünə səbəb olub.
İti milyarderin ölümünə səbəb oldu - Traktoru üzərinə sürdü

Bakı. Trend:

Böyük Britaniyada multimilyonçu fermer Derek Midin iti sahibinin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, insident Şimali Somerset qraflığında baş verib.

Məlumata görə, fermerin iti qəfil traktorun kabinəsini tullanıb və təsadüfən mühərriki işə salıb.

İtin hərəkət etdirdiyi traktor fermeri vurub. Hadisə yerinə gələn polis və həkimlər onu xilas edə bilməyiblər. Multimilyonçu ürək tutmasından keçinib.

70 yaşlı fermer həmçinin daşınmaz əmlak işi və siyasi fəaliyyətlə də məşğul olurmuş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti