...

Silahlı hücuma baxmayaraq, İran parlamenti adi rejimdə çalışır

Dünya xəbərləri Materials 7 İyun 2017 12:03 (UTC +04:00)
İran parlamentinin binasındakı atışmaya baxmayaraq, parlamentin sessiyası adi rejimdə keçirilir.
Silahlı hücuma baxmayaraq, İran parlamenti adi rejimdə çalışır

Bakı. Trend:

Bu gün İran parlamentinin binasındakı atışmaya baxmayaraq, parlamentin sessiyası adi rejimdə keçirilir.

Trend-in məlumatına görə, "Mehr" agentliyi yazır:

"Parlament sessiyası binadakı atışmaya baxmayaraq, normal rejimdə davam edir, milli radio ilə canlı yayım gedir".

Qeyd edək ki, bir neçə silahlı şəxs bu gün Tehranda parlament binasına soxularaq atəş açıb. 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti