...

Tehranda silahlı hücumlar zamanı 8 nəfər ölüb

Dünya xəbərləri Materials 7 İyun 2017 12:26 (UTC +04:00)
İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı ölənlərin sayı açıqlanıb.
Tehranda silahlı hücumlar zamanı 8 nəfər ölüb

Bakı. Trend:

Bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı ölənlərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.

Ölənlərin sayı rəsmi dairələr tərəfindən hələ təsdiqlənməyib.

Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

İran Daxili İşlər Nazirliyi vəziyyətin nəzarət altında olduğunu, narahatlığa əsas olmadığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti