...

Gürcüstanda 5,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 İyun 2017 00:16 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tiflisdən təxminən 100 kilometr uzaqlıqdakı Kakheti bölgəsində 5,1 gücündə zəlzələ baş verib
Gürcüstanda 5,1 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tiflisdən təxminən 100 kilometr uzaqlıqdakı Kakheti bölgəsində 5,1 gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, 22:25:40-da Qazaxdan 52 km şimal-şərqdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Zəlzələ yerli vaxtla 22:25 radələrində Kaxeti bölgəsindəki Dedoplistskaro rayonu yaxınlığında baş verib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti