...

Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış olub

Dünya xəbərləri Materials 8 İyun 2017 09:56 (UTC +04:00)
Ukraynanın paytaxtın Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış baş verib.
Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış olub

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Terror aktı" maddəsi ilə cinayət işi açılıb.

Kiyev polisi bildirib ki, hadisə yerinə baxış zamanı naməlum şəxs tərəfindən diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atıldığı müəyyən edilib.

Gecə saatlarında baş vermiş partlayış nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti