...

İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 11 İyun 2017 10:48 (UTC +04:00)
İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb
İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanılıb

Bakı. Trend:

İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti