...

Makronun hərəkatı Fransada parlament seçkilərinin ilk turunda qalib gəlib (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 12 İyun 2017 04:09 (UTC +04:00)
Fransa prezidentinin "İrəli, respublika" hərəkatı ölkədə keçirilən parlament seçkilərinin ilk turunda qalib gəlib
Makronun hərəkatı Fransada parlament seçkilərinin ilk turunda qalib gəlib (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:41-də yayılıb)

Bakı. Trend:

Fransa prezidentinin "İrəli, respublika" hərəkatı ölkədə keçirilən parlament seçkilərinin ilk turunda qalib gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün səslərin hesablanmasından sonra Makronun "İrəli, respublika" hərəkatı 28,21%, ən böyük müxalifət partiyası "Respublikaçılar" 15,77%, Marin Le Penin partiyası "Milli cəbhə" 13,20%, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 11,02%, sabiq hakim partiya "Sosialist partiya" isə 7,44% səs toplayıb.

XXX

02:52

Fransa prezidentinin "İrəli, respublika" hərəkatı ölkədə keçirilən parlament seçkilərinin ilk turunda qalib gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səslərin 99,5 faizinin hesablanmasından sonra Makronun "İrəli, respublika" hərəkatı 28,2%, ən böyük müxalifət partiyası "Respublikaçılar" 15,8%, Marin Le Penin partiyası "Milli cəbhə" 13,2%, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 11,0%, sabiq hakim partiya "Sosialist partiya" isə 7,4% səs toplayıb.

XXX

00:14

Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səslərin 75,7 faizinin hesablanmasından sonra Makronun "İrəli, respublika" hərəkatı 26,9%, ən böyük müxalifət partiyası "Respublikaçılar" 15,8%, Marin Le Penin partiyası "Milli cəbhə" 14,4%, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 10,6%, sabiq hakim partiya "Sosialist partiya" isə 7,5% səs toplayıb.

XXX

22:41

Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron tərəfindən yaradılmış "İrəli, respublika" hərəkatı Fransada parlament seçkilərinin ilkin nəticələrinə əsasən liderdir.

İlkin nəticələrə əsasən, Makronun "İrəli, respublika" hərəkatı 26,6%, ən böyük müxalifət partiyası "Respublikaçılar" 16,4%, Marin Le Penin partiyası "Milli cəbhə" 14,4%, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 10,2%, sabiq hakim partiya "Sosialist partiya" isə 7,3% səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti