...

ABŞ-da daha bir məhkəmə Тrampın miqrasiya fərmanını "dondurdu"

Dünya xəbərləri Materials 12 İyun 2017 22:41 (UTC +04:00)
ABŞ-da sayca 2-ci apellyasiya məhkəməsi Donald Тrampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini dayandıran miqrasiya fərmanının təsirini dayandırıb
ABŞ-da daha bir məhkəmə Тrampın miqrasiya fərmanını "dondurdu"

Bakı. Trend:

ABŞ-da sayca 2-ci apellyasiya məhkəməsi Donald Тrampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini dayandıran miqrasiya fərmanının təsirini dayandırıb.

Trend-in məlumatına görə, bu haqda "New York Times" nəşri xəbər verir.

Qərar San-Fransiskonun 9-cu dairənin məhkəməsi tərəfindən qəbul edilib. Daha əvvəl analoji qərar Virciniya ştatının Riçmond şəhərinin 4-cü apellyasiya məhkəməsi tərəfindən əbul edilib.

ABŞ prezidentinin Administrasiyası məhkəmələrin bu qərarlarından Ali Məhkəməyə şikayət vermək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti