...

Münhendə dəmiryol vağzalında atışma: 3 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 İyun 2017 12:34 (UTC +04:00)
Almaniyanın Münhen şəhərində "Unterföhring" dəmiryol vağzalında atışma olub.
Münhendə dəmiryol vağzalında atışma: 3 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:39-da yayılıb)

Bakı. Trend:

Almaniyanın Münhen şəhərində "Unterföhring" dəmiryol vağzalında bir nəfər insanlara atəş açıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində biri qadın polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. Polis əməkdaşı başından xəsarət alıb.

Şahidlər hücum edən şəxsin polisin silahını oğurlayaraq atəş açmağa başladığını bildirir.

Silahlı şəxs saxlanılıb.

X X X

11:39

Almaniyanın Münhen şəhərində "Unterföhring" dəmiryol vağzalında atəş səsləri eşidilib.

Trend-in məlumatına görə, vağzaldakı insanlar dərhal təxliyə edilib.

Atışmanın səbəbi hələ bilinmir. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

N24 kanalı bir nəfərin xəsarət aldığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti